NATO-nun ABŞ-də keçiriləcək sammiti zamanı Rusiya Ukraynada irimiqyaslı hücuma keçə bilər.
Rednews.az xəbər verir ki, bu barədə “Atlantic Council” yazır.
]“Çox güman ki, Rusiyanın yeni hücumu iyulun 9-11-də Vaşinqtonda NATO-nun 75-ci ildönümünə həsr olunmuş sammiti ilə üst-üstə düşəcək”, - məlumatda deyilir.
Nəşrin fikrincə, belə bir addım NATO-nu aşağılayacaq.
Mənbə vurğulayır ki, danışıqlarda hansısa formada razılaşma haqda dayanmadan düşünmək əvəzinə, NATO təcili olaraq Ukrayna ilə Rusiya üzərində qələbəyə dair ümumi yanaşmanı inkişaf etdirməlidirlər.
[i]“Ruslar Ukraynada irəliləsələr, Bayden administrasiyasının iki yolu olacaq: hazırkı kursda qalmaq - Ukraynanın itkiləri riskini artırmaq, yaxud “rusların qarşısını almaq üçün ukraynalılara nə lazımdırsa etmək” yanaşmasına keçmək. Amma bu da potensial olaraq Rusiya ilə eskalasiya riskini artıracaq”,[/i] - məqalədə deyilir.
“Atlantic Council” iddia edir ki, bu yay ABŞ-nin Ukrayna ilə bağlı siyasətində dönüş nöqtəsi olacaq:
“Yaxın bir neçə ayda baş verənlərdən asılı olaraq, münaqişə naməlum əraziyə keçə bilər”.