"Azərbaycanda texnoloji inkişaf göz önündədir".
Rednews.az-ın məlumatına görə, Ulusum.az eksklüziv olaraq xəbər verir ki, bu sözləri Mastercard-ın Türkiyə və Azərbaycan üzrə Baş Direktoru Avşar Gürdal deyib:
Onun sözlərinə əsasən, son zamanlar ölkəmizdə təmassız ödənişlər 30 faiz yüksəlib.
Avşar Gürdal həmçinin bildirib ki, hazırda respublika ərazisində dijitallaşmada açıq-aşkar inkişaf getməkdədir.
"Dünyada olduğu kimi, Azərbaycanda da dijital səviyyənin bir hədəfi var. Əsasən də bankçılıq sahəsində işlərin yüksək səviyyədə olduğunu qeyd edə bilərik. Bu seqmentdə göstərilən onlayn xidmət qənaətbəxş qiymətləndirilir”.
Qeyd edək ki, Mastercard Azərbaycanda aparıcı ödəmə xidmətləri təşkilatı hesab edilir.
Ağa Dadaşzadə