“Bu ilin may ayında Türkiyədə yeni layihəmiz həyata keçiriləcək, ona hazırlaşıram”. Bunu
Rednews.az-a açıqlamasında Əməkdar artist
Nuriyyə Hüseynova deyib.
O qeyd edib ki, qardaş ölkədə Şah İsmayıl Xətainin əsərlərindən ibarət böyük konsert proqramı keçiriləcək:
“Xətainin müəllifi olduğu şeirlər və poemalar əsasında bəstələnmiş musiqilər konsertdə ifa ediləcək. Bu layihə artıq bir neçə ildir ki, İstanbul Böyük Şəhər Bələdiyyəsinin və TRT kanalının dəstəyi ilə reallaşdırılır. Daha öncə Nizami Gəncəvinin, Məhəmməd Füzulinin və İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş konsert proqramları böyük maraqla qarşılanmışdı”.
Turan