ABŞ və digər ölkələrin formalaşmaqda olan dünya nizamının necə olacağına təsir etmək imkanı var, strategiyanın bir hissəsi Rusiyanın “təcavüzündən qorunmaqdır".
Rednews.az xəbər verir ki, bunu ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri
Cek Sallivan deyib.
ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri bildirib ki, həqiqətən də yeni dünya nizamı formalaşır və proses artıq başlayıb:
"İstənilən halda dünya nizamı daim inkişaf edir və İkinci Dünya Müharibəsinin bitməsindən sonra da inkişaf edir. Bir dövrün sonuna gəldik, başqa bir dövrün başlanğıcına yetişdik. Bu yeni nizamın, bu yeni dövrün necə görünəcəyinə təsir etmək imkanımız var. Buna uyğun olaraq, biz keçmiş dövrün əsaslarını, mövcud institutları dəyişdirə, birtəhər uyğunlaşdıra və ən dəyərli prinsipləri özümüzlə növbəti dövrə apara bilərik, artıq post ikinci dünya müharibəsi dövrü bitib, biz yeni sistem və yeni qlobal eranın başlanğıcındayıq".
Turan