"Düşünürəm ki, 7 Fevral tarixində Azərbaycan Respublikasında keçiriləcək prezident seçkiləri çox mühüm və maraqlı məsələdir. Bu bizim regionumuz üçün də ayrıca mühüm əhəmiyyətə malikdir".
Rednews.az xəbər verir ki, bunu Gürcüstan mediasına açıqlamasında gürcü politoloq, Beynəlxalq Münasibətlər Akademiyasının rəhbəri
Simon Kopadze deyib.
Gürcü politoloqun fikrincə, 30 ildən sonra ilk dəfə bütöv Azərbaycanda tarixi seçkilər keçiriləcək:
"Bu seçki ona görə mühümdür ki, 30 ildir bütöv Azərbaycanda seçkilər baş tutmurdu. Bu dövrdə müəyyən rayonlar işğal olunmuşdu. Prezident seçkilərinin indi keçirilməsi tam olaraq ona görə vacibdir ki, bu gün bu proses işğaldan azad olunmuş ərazilərdə də gerçəkləşəcək. Azad olunan rayonlarda da seçki məntəqələri açılacaq. Vaxtilə işğal edilmiş rayon və şəhərlərin sakinləri də ilk dəfə öz doğma yurdlarında sandıq başına gedəcəklər. Üstəlik 7 fevralda keçiriləcək prezident seçkiləri əvvəlkindən daha yüksək legitimliyə malik olacaq".
Ekspert Simon Kopadze xatırladıb ki, o ötən ilin dekabr ayında Azərbaycanın işğaldan azad olunmuş bir neçə bölgəsinə baş çəkib:
"Zəngilan və digər şəhərləri gördüm. Orada nə edildiyini, tamamilə dağıdılmış şəhərlərin necə tikildiyini, necə inşa edildiyini görmək məndə işğal və ondan sonrakı dövrlə bağlı aydın yaratdı. Fikrimcə, orada işlər çox keyfiyyətli aparılır. Azərbaycanda gənclərlə bağlı kadr siyasəti var. Azad edilmiş rayonlara ictimai təmsilçilik səviyyəsində nəzarət edənlər çox istedadlıdırlar. Qeyd etmək lazımdır ki, Azərbaycanda çox savadlı gənc nəsil yetişir. Mən bir neçə nəfərlə tanış oldum, onların baxışlarına, siyasi düşüncələrinə heyran qaldım".Tural Turan