"Kreml 2025-ci ildən sonra da rusiyalı sülhməramlıların regionda qalmasını istəyir. Faktiki olaraq Azərbaycan Konstitusiyasına görə, onun sərhədləri daxilində hansısa ölkənin və yaxud alyansın, ittifaqın ordusu qala bilməz. Konstitusiya heç bir xarici ölkəyə, kənar qüvvəyə belə bir imkan tanımır. Amma Rusiya tərəfi sülhməramlı adı altında bölgədə qalmaq niyyətindədir".Bunu
Rednews.az-a açıqlamasında
politoloq Turan Rzayev deyib.
Politoloqun sözlərinə görə, Rusiya tərəfi 2025-ci ildən sonra da Azərbaycan ərazilərini tərk etmək məcburiyyətində deyil:
"Kreml məhz buna görə də regionda qalmaq üçün maksimum səylərini səfərbər edib. Yəni, Moskva Güney Qafqazda qalmaq üçün əlindən gələni etməyə çalışır. Hətta şimal qonşumuz bunun üçün 2025-ci ilə qədər regionda gərginliyi, eskalasiyanı da artıra bilər. Amma rəsmi Bakının niyyəti isə üçtərəfli bəyannamədə nəzərdə tutulan vaxt başa çatdıqdan sonra rusiyalı sülhməramlıların Azərbaycan ərazisini tərk etməsidir. Bu istiqamətdə rəsmi şəxslərin də açıqlamaları mövcuddur. Onların səsləndirdiyi fikirlərdən də bu qənaətə gəlmək mümkündür".
Ekspertin fikrincə, Azərbaycanın Xarici İşlər Nazirliyi yetkililərinin, digər rəsmilərin açıqlamaları da 2025-ci ildə rus qoşunlarının Azərbaycanı tərk edəcəyi yönündədir:
"Müddətin uzadılması ilə bağlı rəsmi Bakının hər hansı bir təklifi yoxdur. Böyük ehtimalla 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatın müddəaları pozulmayacaq. Rusiya tərəfi regiondan çıxmasa belə, tərəflər arasında müəyyən razılaşmalar ola və müddət müəyyən vaxta qədər uzadıla bilər. Düşünürəm ki, 2025-ci ildən sonra da rusiyalı sülhməramlılar regionda qalacaq. Rusların bu istiqamətdə də müəyyən fəaliyyətləri var. Amma Azərbaycan tərəfi bunu istəmir. Sadəcə olaraq, rəsmi Bakı gərginliyin olmaması üçün sülhməramlıların regionda qalması ilə razılaşa bilərik".
Tural Turan