"İrəvan Azərbaycanla sülh sazişi imzalamaq üçün qarşılılıqlı olaraq ərazi bütövlüyünün tanınmasıyla yanaşı, sərhədlərin dəqiqləşməsini də istəyir. Görünür, İrəvan hələ də ümid edir ki, sülh sazişi çərçivəsində Azərbaycan Ordusu sərhəddəki yüksəkliklərdən geri çəkiləcək. Bunun baş verməyəcəyini prezident İlham Əliyev bir neçə dəfə bildirib".
Rednews.az xəbər verir ki, bu fikirləri politoloq
Elxan Şahinoğlu özünün sosial şəbəkə hesabında yazıb.
Politoloqun fikrincə, Ermənistan Zəngəzur dəhlizinin Rusiyanın nəzarətində olmasını istəmir:
"Bu baxımdan, Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovun “dəhliz rusiyalı hərbçilərin nəzarətində olmalıdır” yanaşmasını qəbul etmir. Ararat Mirzoyan dəhlizin yalnız Ermənistan qüvvələrinin nəzarəti altında olmasını istəyir ki, buna da rəsmi Bakı razılaşmayacaq. Eyni zamanda, Ermənistanın ümidlə başladığı Türkiyə ilə dialoq hazırda dondurulmuş haldadır. Bunun səbəbi odur ki, Ankara Bakı ilə strateji müttəfiqliyə sadiq qalaraq Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasından sonra Ermənistanla sərhədin açılmasını mümkün sayır. Ona görə də İrəvan Türkiyə ilə sərhədin açılmasını və ikitərəfli ticarətin başlamasını istəyirsə, ilk əvvəl Azərbaycanla sülh sazişi imzalamalıdır".
Tural Turan