Qanunsuz olaraq odlu silah əldə edib, saxlamaqda şübhəli bilinən Tovuz rayon sakini Nuru Tağıyev saxlanılaraq RPŞ-yə gətirilib.
Rednews.az a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, şöbədə şübhəli şəxsin üzərindən 1 ədəd atəşə yararlı, “EAGLE” markalı tapança-pulemyot, 1 ədəd həmin silaha aid daraq və 3 ədəd 9 mm-lik patron aşkar edilərək götürülüb. Aşkar edilən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib.
Saxlanılan şəxs -“təxminən 10-15 gün bundan qabaq Tovuz rayon qəbiristanlığında qara paketdə silaha oxşar bir şey tapdım. Sonra götürdüm evə apardım, saxladım. Sonra üzərimdə götürdüm ki, soruşum görüm bu nədi nə silahıdır nə cür işləyir. Həmin vaxtı polislər gəldi məni gətirdilər şöbəyə”- deyə izahat verdi.
Tovuz Rayon Polis Şöbəsində (RPŞ) faktla bağlı araşdırmalar davam etdirilir.
Rübabə SAHİB