42 yaşlı amerikalı müğənni və aktyor Castin Timberleyk həyat yoldaşı 41 yaşlı Cessika Bieldən boşanmaq qərarına gəlib.
Rednews.az bildirir ki, məşhur cütlük Britni Spirsin mübahisəli "İçimdəki qadın" adlı memuarlarının işıq üzü görməsi səbəbindən çətin dövr yaşayır.
2012-ci ildən evli olan məşhur cütlüyün iki oğlu var. Ancaq Britninin keçmiş sevgilisi ilə əlaqəli yazdıqları onların münasibətlərinə ciddi təsir göstərib.
"Onlar bir-birlərini sevirlər, ailə terapevti ilə görüşlər keçiriblər, lakin əsas problemlərini həll etməyiblər"-deyə cütlüyə yaxın mənbə vurğulayıb.