Dünyanın ən qorxunc ibadətgah muzeylərindən olan Sümüklü Sedleç kilsəsi buraya təşrif buyuran turistlər tərəfindən “qorxulu məbəd” adlandırılır.
Rednews.az-ın xəbərinə görə, Çexiyanın paytaxtı Praqada yerləşən muzeyin içərisi ölmüş insanların sümükləri ilə dizayn edilib. Hər il minlərlə turistin bu kilsəni ziyarət etdiyi vurğulanır.
İbadətgahın içərisində 50 min insanın onurğa, kəllə, aşağı və yuxarı ətraf sümüklərindən istifadə olunub. Praqanın 75 kilometrliyində yerləşən bu katolik kilsəsinin 12-13-cü əsrlərdə inşa edildiyi qeyd olunur
Hətta kilsənin əsas xaçı, şamdanlar, divardakı naxışlar da insan sümüyündən hazırlanıb. Buradakı sümüklərin “müqəddəs xaç uğrunda” döyüşlərdə öldürülən katolik xristianlara aid olduğu vurğulanır.
Turan