Yanvarın 23-də Bakıda Mülki Hava Naviqasiya Xidmətləri Təşkilatının (CANSO) himayəsi altında Azərbaycan, Türkiyə və Mərkəzi Asiya (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan) ölkələrinin aeronaviqasiya qurumlarının rəhbərlərinin ilk sammiti işə başlayıb.Bu barədə
Rednews.az-a "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) bildirilib.
Məlumata görə, sabah başa çatacaq tədbir Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə AZAL-ın birgə təşkilatçılığı ilə baş tutub.
CANSO aeronaviqasiya xidməti təminatçılarını birləşdirən beynəlxalq təşkilatdır. Azərbaycan 2005-ci ildən bu təşkilatın üzvüdür.