Ötən gün Cəlilabad rayonunun Alar kəndində 64 yaşlı kişi hamamda dəm qazından ölüb.
Rednews.az-ın məlumatına görə, kənd sakini Vidadi Məmi oğlu Əliyev axşam saatlarında yaşadığı evin hamam otağında çimərkən dəm qazından zəhərlənərək həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
(Report)