“Ermənistan tərəfinin böyük sülh müqaviləsi ilə bağlı əsas təkidlərindən biri də 1975-ci ilin xəritəsi ilə bağlıdır”.Bunu
Rednews.az-a açıqlamasında Milli Məclisin deputatı
Rasim Musabəyov deyib.
Millət vəkilinin sözlərinə görə, ermənilər bu məsələdə bir qədər israrlı görünülürlər:
“Amma bu, heç nəyi dəyişməyəcək. Cənab prezident bu cür yanaşmanı da rədd elədi. Azərbaycanın mövqeyi odur ki, faktiki sərhəd xətti üzrə danışıqlar getməlidir. Ölkə başçısı son açıqlamasında bu məsələ ilə bağlı konkret mövqe ortaya qoydu. Hansı nüanslarda mübahisələr yaranarsa, o zaman bütün xəritələrdən istifadə edilməlidir. Yəni, bütün xəritələr prosesə cəlb olunmalıdır. Düşünürəm ki, Azərbaycan bu məsələdə də haqlıdır və Bakı bu məsələdə də öz sözünün üstündə duracaq”.
Tural Turan