Son vaxtlar müşkülə çevrilən "BakıKart" ödəmə terminallarının qeybə çəkilmə səbəbi məlum oldu.
Rednews.az xəbər verir ki, Ulusum.az saytının əldə etdiyi məlumata əsasən, buna səbəb AYNA-nın verdiyi qərardır.
Ödəmə terminallarının yığışdırılmasını nəzərdə tutan qərar rəsmi şəkildə açıqlanmasa da, artıq icrasına bir müddətdir ki, başlanılıb.
Belə ki, dayanacaqlarda terminalların olmaması birbaşa vətəndaşların işinə əngəl törədir. Ancaq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi bu qərarı hansı səbəbdən verdiyi hələ də məlum deyil.
Ağa Dadaşzadə