ABŞ universitetlərində tələbələr İsrailin Qəzzaya hücumlarına etiraz edərək aksiya keçiriblər. Vaşinqton Universitetində başlayan “İsrailin Qəzzaya hücumlarına reaksiya” digər universitetlərdə də sürətlə yayılıb.
Rednews.az xəbər verir ki, Ulusum.az saytının bəzi etirazçı tələbələrin sosial şəbəkə hesablarından əldə etdiyi məlumata əsasən, ABŞ-ın aparıcı universitetlərindən olan Corctaun və Corc Vaşinqton universitetlərində də İsrailin Qəzzaya hücumlarına cavab olaraq etiraz aksiyaları təşkil olunub.
Onlar “Azad Fələstinə” və “Qəzzada dərhal atəşkəs” kimi şüarlar səsləndiriblər. Bəzi tələbələr polisin məhdud icazə verdiyi ərazilərdə çadır qurublar.
Bununla da yüzlərlə amerikalı tələbə Qəzzaya dəstəklərini bildiriblər.
Aymirə Ağamirova