Tovuz şəhərinin Heydər Əliyev prospektini işıqlandıran lampaların yanmaması səbəbindən küçə zülmətə dönüb.
Rednews.az xəbər verir ki, bu barədə Ulusum.az saytına sakinlər məlumat veriblər. Onların sözlərinə görə, prospekt yolunun kənarındakı işıqlar 2 həftəyə yaxındır ki, yanmır.
Sakinlər bildirirlər ki, prospektin Tovuz Avtovağzalından Ağstafa istiqaməti boyunca lampalar sönülü olur. Elə ki axşam düşdü, küçədə göz-gözü görmür. Vəziyyət o həddə çatıb ki, axşamlar işıq baxımdan ümid küçədəki mağazaların işığına qalır.
Mövcud problem xüsusilə sürücülərin hərəkətinə çətinlik yaradır.
Nəzərə alsaq ki, sözügedən ərazi Bakı-Qazax magistralının üzərində yerləşir, ümid edək ki, problem tezliklə aradan qaldırılar.
Ulusum.az saytı olaraq mövzunu diqqətimizdə saxlayacağıq.
Aymirə Ağamirova