Növbəti Mall Hüseyn Cavid prospektində tikiləcək
Azərbaycanda, əsasən də paytaxt Bakıda son illər alış-veriş mərkəzləri tikilməkdədir. İnsanlar tərəfindən AVM-lərə olan marağın artması səbəbindən yeni tikililərin istifadəyə verilməsi aktual məsələyə çevirilir.
Rednews.az xəbər verir ki, ULUSUM.az saytına daxil olan məlumata görə, Hüseyn Cavid prospektində yeni Mall-ın inşası üçün fikirlər dolaşır. Hazırda həmin ərazidə AVM yoxdur, ona görə burada yeni AVM-in tikilməsi insanlar tərəfindən müsbət qarşılanacağı ehtimal edilir.
Qeyd edək ki, Hüseyn Cavid prospektində yeni AVM-in tikintisi 1 ildən çoxdur ki, planlaşdırılırdı.
Ağa Dadaşzadə