“Bu ilin avqust ayında Macarıstanda “Turan” festivalı keçiriləcək. Tədbirlə əlaqədar Avropa səfərim planlaşdırılıb və ölkəmizi festivalda təmsil edəcəyəm”.
Bununla bağlı
Rednews.az-a açıqlamasında Əməkdar artist
Nuriyyə Hüseynova deyib.
O qeyd edib ki, səfər planları ilə bərabər ölkəmizdə keçirilən tədbirlərdə də aktiv iştirak edir:
“Bilirsiniz ki, fevralın 7-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Bununla əlaqədar təşkil edilən tədbirlərdə aktivəm. Mənim yeganə namizədim cənab İlham Əliyevdir. Neçə səs haqqım olsa, hamısını ona verərdim. Seçkilərə qatılıb, səs verəcəyəm. Çünki o bizə Zəfər kimi gözəl hissi yaşatdı. İlham Əliyevin seçki kampaniyasında könüllü şəkildə iştirak edirəm".
Əməkdar artist bildirib ki, Azərbaycan bütün sahələrdə inkişaf edir:
"Düzdür, nöqsanlarımız da var, məmur özbaşınalıqları da ola bilər. Bunların hamısı zamanla keçəcək. Gələcəkdə gözəl, inkişaf etmiş, yüksəklərdə bir Azərbaycan görürəm. Necə ki dünyanın hər yerindən ölkəmizə gəlib, konsert verirlər, bizim də sənətimizi qiymətləndirirlər, gedirik, xaricdə konsertlər veririk. Amma ölkəmizə gətirilən xarici müğənnilərə verilən məbləğ bizə verilmir. Halbuki ölkəmizdə bütün sahələrdə istedadlı insanlar çoxdur. Ona görə, öz millətimizin istedadlı nümayəndələrinə daha çox diqqət göstərilməsini arzu edirəm”.
Tural Turan