Yanvarın 22-də Aİ Kommisiyasının vitse-prezidenti Cozep Borellin Brüsseldə keçirilən konfransdan sonra jurnalistlərə açıqlaması artıq qaz və neft anbarları dolmuş Avropa üçün heç də təsadüfi hal deyil.
Cənab Borell Azərbaycanın Ermənistana ərazi iddialarının olduğunu dilə gətirdi. Yəqin ki, bu açıqlamalarda erməni lobbisinin təsirləri heç də az deyil, buna baxmayaraq rəsmi Bakının dəfələrlə bəyanatlarından da görünür ki, bizim Ermənistana qarşı heç bir ərazi iddiamız yoxdur.
Bunu hətta cənab prezident İlham Əliyev xarici və yerli mətbuata müsahibələrində dəfələrlə dilə gətirib. Borell hələdə anlamır ki, Azərbaycan Aİ nin böyük enerji tərəfdaşıdır.
Yəqin ki, Aİ Cənubi Qafqazın ən güclü dövlətini qoyub gələcəyi bəlli olmayan Ermənistana yönəlməyəcək, və yaxud da Brüssel Azərbaycan-Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin tərəfdarı deyil. Rəsmi Bakı, özünə qarşı olan bu ikili standartların cavabını hər zaman layiqincə verməyi bacarır.
Apardığımız suveren və müstəqil siyasət bizə imkan verir ki, öz hüquqlarımızı təmin edək. Niyə görə 30 illik işğal dövründə Aİ məsələlərə belə aktiv yanaşmırdı? İnanırıq ki, Borellin bu bəyanatları Aİ və Azərbaycan arasında münasibətləri soyutmaz.
Əksinə, münasibətləri gərginləşdirməyə gəlincə isə Azərbaycan regionda sülhün yeganə carçısı kimi çıxış edir. Prezident İlham Əliyev dəfələrlə bizim sülhdən yana olduğumuzu dilə gətirib, və məsələnin yalnız iki ölkə arasında həll olunmalı olduğunu bildirir. İşğal dövründə biz Avropaya çox şans verdik, onlar məsələni həll etməyə çalşmaq əvəzinə daha da çətinləşdirdilər.
Bizim heçkimin torpağında gözümüz yoxdur və heç bir dövlətə ərazi iddiaları etmirik, baxmayarq ki, indiki Ermənistan torpqaları tarixi Azərbaycan torpağıdır. Sözsüz ki, Aİ rəsmisinin bucür fikirləri regionda imzalanacaq sülhü uzatmaq və Ermənistanda revonşist qüvvələrin aktivləşməsi üçün hesablanıb.
Unudurlar ki, hələ keçən il 22 saat ərzində qondarma dövlətlərini istefa verməyə məcbur edən Azərbaycan ordusu idi. Aİ Ukraniya kimi Emənistanında “başının altına yastıq qoyur”.
İnanırıq ki, Nikol Paşinyan artıq doğrularla barışmağa və yaşamağı öyrənəcək.
Düşünürəm ki, digər 3-cü oyunçular kimi Aİ də regionda öz maraqlarını güdür. Məsələnin həlli yolu İrəvanın bu oyuna gəlməməsi və 2024-cü ildə imzalanacaq “Sülh müqaviləsinə” hazırlanmasıdır. Bunun üçün iki tərəfli təmaslara üstünlük verilməli, əldə olunan irəliləmələri göz önündə saxlamaq lazımdır. Yalnız ikili əməkdaşlıq nəhayətində sülh müqaviləsini gətirəcək. Əksi Emənistan üçün ağır nəticələrə gətirib çıxaracaq.
Elgün Rüstəmlilər
Politoloq
Rednews.az