“Hər bir partiya Azərbaycanın istənilən ərazisində öz ofisini yarada bilər. Məsələ qanunda öz əksini tapıb”. Bu fikirləri
Rednews.az-a açıqlaması zamanı Milli Məclisin Regional məsələlər komitəsinin sədri
Siyavuş Novruzov deyib.
Deputat Yeni Azərbaycan Partiyasının işğaldan azad edilmiş ərazilərdə ofisini açmağı planlaşdırdığını söyləyib:
“Yeni Azərbaycan Partiyasının yeganə olaraq, Xankəndi təşkilatı yoxdur. Yəni, işğaldan azad edilmiş ərazilərin sakinləri olan, indiyə qədər məcburi köçkün həyatı yaşayan partiya üzvlərini birləşdirən regional təşkilatlarımız var.
Sadəcə Vətən müharibəsinə qədər torpaqlarımız işğalda olduğundan ofislərimiz də ayrı-ayrı bölgələrdə idi. Lakin əhali azad olunmuş ərazilərə, öz dədə-baba yurduna köçdükcə ofislərimizi də zamanla oraya daşıyacağıq. Məsələn, bizim Şuşa təşkilatımız sakinlər Şuşaya köçürüləndə orada fəaliyyətini davam etdirəcək.
“Siyasi partiyalar haqqında qanun”a əsasən, bu hüquqlar bütün siyasi partiyalara verilib. Hansısa partiyanın tutaq ki, Qazaxda təşkilatı varsa, Şuşada, Laçında, digər azad olunmuş ərazilərdə də ofis aça bilər”.
Tural Turan