"Eks-prezident Mixail Saakaşvili üçün xilas yoxdur, o, bütün cinayətlərə görə cavab verməlidir".
Rednews.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri
Şalva Papuaşvili deyib.
O Ukrayna və Moldova prezidentlərini də yalan danışmaqda ittiham edib:
“Saakaşvili gürcü xalqına qarşı cinayətlərinə görə cavab verməlidir. Ukrayna Prezidenti Vladimir Zelenski, Moldova Prezidenti Maya Sandu və Avropa Parlamentinin deputatları Gürcüstanı Saakaşviliyə işgəncə verməkdə ittiham edərkən yalan danışırlar. Gürcüstan buna görə üzrxahlıq gözləyir”.
Tural