Rusiya Prezidenti Vladimir Putin Ukraynada müharibədə iştirak edən rusiyalı hərbçilərin sayını açıqlayıb.
Rednews.az xəbər verir ki, Kreml rəhbəri döyüş zonasında 600 mindən çox hərbçinin olduğunu bildirib.
“Elə məsələlər var ki, onlara əlavə diqqət və həll yolları lazımdır. Nəyisə həmişə tənzimləmək gərəkdir. Çünki döyüş zonası böyükdür - demək olar ki, 2 000 kilometr. Döyüş zonasında isə 600 mindən çox insan var. Mexanizm böyükdür”, - Putin qeyd edib.
Sevinc Budaq