Rusiya prezidenti Vladimir Putin Şimali Koreyaya səfər dəvətindən istifadə edəcək.Amma bu səfər Rusiya Federasiyasında keçiriləcək prezident seçkilərindən əvvəl baş tutmayacaq.
Rednews.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.
"Qrafiklər razılaşdırıldıqda, prezident bu təklifdən yararlanacaq", - Peskov Life-a müsahibəsində səfərin prezident seçkilərindən əvvəl baş tuta bilməyəcəyini deyib.
Martın 17-də Rusiyada prezident seçkiləri keçiriləcək.