Bir zamanlar erməni əsirliyində olan Şahbaz Quliyevlə "AzParkinq" əməkdaşları arasında gərgin anlar yaşanıb.
Hadisə Bakı şəhəri, Əhməd Rəcəbli küçəsində yerləşən hotellərin birinin qarşısında baş verib.
Rednews.az-ın ərazidə olan müxbiri xəbər verir ki, keçmiş əsir hotelin qarşısındakı parkinqə etiraz edib, nəticədə, narazılıq yaranıb.
Şahbaz Quliyev hotelin ona məxsus olduğunu iddia edərək, burada parkinq salmağın qanuna uyğun olmağını bildirib. Qarşı tərəf isə onun bu fikirlərinə etirazlarını bildiriblər.