Bu gün Kaliforniya ştatının Los-Anceles şəhərində keçirilən konsert zamanı ara qarışıb.
Belə ki, bir qrup erməni RAD İncəsənət Fondunun təşkilatçılığı, Azərbaycan Respublikasının Los Ancelesdəki Baş Konsulluğunun dəstəyi ilə keçirilən milli musiqimizin və mədəniyyətimizin nümayiş olunduğu konsertin gedişatına mane olmağa çalışıblar. Sözügedən konsertdə qonaqlar arasında əsasən, Azərbaycan və İran icmasının nümayəndələri, Los Ancelesdə yaşayan digər ölkələrin icma nümayəndələri, musiqi, teatr və kino sənayesinin nümayəndələri iştirak ediblər.
Rednews.az-ın Amerika üzrə xüsusi müxbirinin verdiyi məlumata əsasən, onlar Azərbaycan əleyhinə şüarlar səsləndirib, əllərində "Artsaxa Azadlıq", "Azəri terroruna son", "Bütün gözlər Artsaxda" kimi şüarlar yazılmış plakatları qaldıraraq etiraz aksiyası təşkil ediblər.
Qeyd edək ki, Radikal daşnak təşkilatı olan Erməni Gənclər Federasiyasının (AYF) təxribat cəhdlərinə baxmayaraq, konsert uğurla davam etdirilib.
Xüsusi müxbir Tofiq Ağayev.