Qazaxda 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü və “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun “Damcılı” filialında tədbir təşkil edilib. Tələbələr və gənc idmançılar, rəssamlar, musiqi məktəbinin müəllim və şagird heyəti, könüllülər və rayon ictimaiyyətinin iştirak etdiyi tədbirdə qoruq ərazisində aparılan elmi-arxeoloji qazıntılar nəticəsində əldə olunan eksponatlardan və üzərində abidələr haqqında məlumatlar əks olunmuş buklet və flayerlər sərgilənib.
Avey Dövlət Tarix Mədəniyyət qoruğunun direktoru Səadət Əliyeva
Rednews.az-a bildirib ki, 18 aprel - Beynəlxalq abidələr və tarixi yerlər günü bütün dünyada qeyd olunur. Bununla yanaşı, respublikamızda Qazax rayonunda Avey dövlət tarix mədəniyyət qoruğunun ən qədim yaşayış düşərgəsi sayılan Damcılı mağara düşərgəsində də təşkil olunmuşdur, məqsəd, abidələrimizin tanıdılması, təbliğ edilməsi, keçmiş mədəni irsimizi gələcək nəsillərə çatdırılmasıdır:
"Bundan başqa, 2024 cü il cənab prezident İlham Əliyevin sərəncamı ilə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Bu il əlaqədar qoruq ərazisində biz bir sıra yaşıllıq aksiyaları həyata keçirmişik. Qoruğun “Göyəzən” və “Damcılı” filiallarında iqlimə iyğun ağaclar əkilmişdir və aqrotexniki qulluq göstərilmişdir."Rednews.az-ın bölgə müxbirinin verdiyi məlumata əsasən, burada gənc idmançıların qol güləşi və ağırlıq qaldırma üzrə çıxışları, gənc rəssamların “Abidələr gənc rəssamların fırçalarında” mövzusunda hazırladıqları rəsmlər də nümayiş etdirilib. Tədbirin bədii hissəsində vətənə, milli ruha həsr edilmiş musiqilər və şeirlər səsləndirilmiş və rəqslər təqdim edilib.
Turxan Əliyev – İctimai-siyasi fəal gənc:
"Mən bir fəal gənc olaraq bu abidələrlə yaxından tanış oldum və burda gördüm ki, qədim insanlar məskunlaşıblar və burada tarixlə dərindən maraqlandıb. Burda mənim üçün maraqlı oldu ki, qədim insanlar burada öz təhlükəsizlikləri üçün dağda mağaralar qurmuşdur. İmaş Hacıyev Tədqiqatçı-alim: "Bu bölgə sərhədyanı bölgədir. Eyni zamanda özünün abidələri ilə kifayət qədər zəngindir. Bir faktı da qeyd eləmək yerinə düşər ki, artıq multikulturalizmlə bağlı Azərbaycanda ölkə başçısının fərmanı ilə ciddi işlər gedir. Biz tolerant ölkə olaraq həm tarixi baxımdan, həm müasirlik baxımdan öz modelimizi dünyaya nümayiş etdirdik.
Qeyd edək ki, Avey qoruğu eramızın IV əsrinin əvvəlində - burada Xristian dini rəsmi qəbul olandan sonra xristian məbədləri inşa olunmuşdur. Maraqlı fakt odur ki, islamın Azərbaycana gəlişindən sonra da bu məbədlərin fəaliyyəti davam etdirilmiş, ayinlər qorunub-saxlanmış, ta ki 1836-cı il alban apostol kilsəsi ləğv olunanadək...
Rübabə Sahib