Bu gündən etibarən paytaxt Bakıda zəif və az səviyyəli geomaqnit qasırğası müşahidə olunacaq. Buna səbəb Günəşdə ard-arda baş verən güclü partlayışlar olub.
Rednews.az xəbər verir ki, zəif səviyyəli qasırğa ötən gecə saat 00:00-dan etibarən hiss edilməyə başlayıb, səhər saat 06:00-09:00 aralıqlarında nisbətən zəifləyib. Günorta saat 12-dən müşahidə ediləcək zəif səviyyəli geomaqnit qasırğası isə saat 15:00-18:00-ə qədər bir qədər güclənəcək.
Qeyd olunub ki, qasırğa aprelin 23-ünədək davam edəcək. Geomaqnit qasırğası meteohəssas, yaşı 60-dan yuxarı olanlar və hər hansı bir xəstəliyi olan insanlarda narahatlıq yarada bilər. Belə günlərdə başağrısı, başgicəllənmə, ürəkbulanma, əzələ və oynaqlarda ağrı və yuxusuzluq halları baş verə bilər.