Rusiyalı təqaüdçü məhkəmə icraçılarına və polisə bibər qazı səpib.
Rednews.az xəbər verir ki, bu barədə Rusiya mətbuatına Rusiya İstintaq Komitəsinin (ICR) regional idarəsindən məlumat verilib.
Bildirilir ki, Petropavlovsk-Kamçatskidə 67 yaşlı yerli sakin məhkəmə icraçılarına və polis əməkdaşına hücum edib.
Belə ki, aprelin 4-də Karl Marks prospektində yerləşən mənzillərdən birində təqaüdçü məhkəmə icraçılarının və hüquq-mühafizə orqanlarının əməkdaşlarının işinə mane olmaq istəyib. O, hüquq-mühafizə orqanları əməkdaşlarının üzərinə gözyaşardıcı maddə olan bibər qazı səpib.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsi (“Hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmək”) ilə iş açılıb. Hazırda müstəntiqlər hadisənin motivlərini araşdırır.
Qeyd edək ki, təqaüdçünü 3 ildən 7 ilə qədər azadıqdan məhrumetmə cəzası gözləyir.
Ağa Dadaşzadə