Afət Fərmanqızı toya 75 min manata gedib? - Özü açıqladı.
Müğənni Afət Fərmanqızının toyların birinə 75 min manata dəvət olunduğu iddia edilir.
Rednews.az xəbər verir ki, adının açıqlanmasını istəməyən, Rusiyada yaşayan həmyerlimiz ULUSUM.az-a xüsusi açıqlamasında bildirib ki, müğənni yaxın günlərdə Rusiyada Azərbaycan toylarının birinə dəvət olunub və bunun üçün 75 min AZN təklif edilib.
Yayılan xəbərləri təkzib etməyən Afət Fərmanqızı ULUSUM.az saytına açıqlamasında bunları deyib:
“Mənim böyük sənətim var, şükürlər olsun ki, xalqımız sənətimə qiymət verir, böyük sənətə qiymət qoymazlar. Məbləğ barədə danışmağı sevmirəm, ancaq kimlər üçünsə şok rəqəm ola bilər, amma dəfələrlə bundan da yüksək qiymətə məni toylara dəvət ediblər”.
Ağa Dadaşzadə