Cenifer Lopez Çində fantastik qiymətə konsert verə bilər.
Latın Amerikalı müğənni Cenifer Lopez Asiya ölkəsi olan Çində fantastik qiymətə konsert verəcəyi deyilir.
Rednews.az Ulusum.az saytına istinadən bildirir ki, bu barədə sosial şəbəkələrdə xəbər yayılıb.
Məlumatda deyilir ki, Çinin böyük sənaye şirkətlərindən birinin rəhbəri məşhur müğənninin konsertini təşkil etmək istəyir. Bununçün 10 milyon ABŞ dolları ödəməyə hazır olduğu bildirilir.
Lakin Cenifer Lopezin media menecerləri bu haqda hələ ki, heç bir açıqlama verməyib.
Ağa Dadaşzadə