"ABŞ Çindən, Rusiyadan, İrandan, eyni zamanda daxili və xarici terrorizm təhdidləri, terror təhlükələri ilə üz-üzədir”Rednews.az xəbər verir ki, ULUSUM.az saytının ABŞ Bürosu xəbər verir ki, Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Vray açıqlama verib.
Onun sözlərinə görə, hazırkı terror təhlükəsi onun karyerasında xatırlaya biləcəyi ən yüksək təhlükədir:
"Hüquq-mühafizə orqanlarındakı karyerama nəzər saldıqca ictimai təhlükəsizliyimizə və milli təhlükəsizliyimizə bu qədər təhdidlərin birdən-birə yüksəldiyi bir dövrü xatırlamıram", - deyə bildirib. O, bununla bağlı ABŞ Nümayəndələr Palatasını da məlumatlandırdığını vurğulayıb.
Qeyd edək ki, 2023-cü ilin maliyyə ilinin sonunda FTB tərəfindən 4 min beynəlxalq terror istintaqı açılıb.
Araşdırmaçılar isə hesab edir ki, 2017-ci ildə Tramp tərəfindən təyin olunan Kristofer Vrayın bu açıqlamaları öz agentliyi üçün daha çox vəsait almaq üçün başlatdığı kampaniyanın tərkib hissəsidir.
Statistikaya görə, FTB-nin 2024-cü ilin maliyyə büdcəsi hazırkı funksiyalarının qorunması üçün lazım olan vəsaitdən 500 milyon dollar azalıb.
Xatırladaq ki, ABŞ-ın eks prezidenti Tramp onu araşdırmalarda haqsız hədəfə aldıqlarını düşündüyünə görə, bu yaxınlarda Konqresi agentliyin maliyyələşdirilməsini ixtisar etməyə çağırmışdı, eyni zamanda FTB və Ədliyyə Nazirliyini
"qəddar canavarlar" adlandırmışdı.
Münəvvər VahabovaULUSUM.az saytının ABŞ Bürosu.