"2023-cü ilin sonunda 2024-cü ilin dövlət büdcəsini Milli Məclisdə müzakirə etdik. Həmin vaxt bu istiqamətdə bir fikir mübadiləsi aparıldı. Mərkəzi Bankın İdarə Heyətinin sədri manatın dollara nisbəti 1,7 səviyyəsində qorunub saxlanacaq".Bunu
Rednews.az-a açıqlamasında Milli Məclisin deputatı
Vahid Əhmədov deyib.
Millət vəkili bildirib ki, indiki halda manatın dollara nisbətdə ucuzlaşması ilə bağlı elə bir problem yoxdur:
"Çünki Milli Bankın kifayət qədər valyuta ehtiyatları var. Üstəlik, neftin dünya bazar qiyməti də yüksəkdir. Amma gələcəkdə manatın üzən məzənnə siyasətinə keçib-keçməyəcəyi haqqında fikir bildirmək indidən çox çətindir. Ona görə ki, bu siyasəti Mərkəzi Bankın özü yürüdür. Hesab edirəm ki, nə qədər imkan var, manatın hazırkı məzənnəsini qoruyub saxlamaq mümkündür. Əgər üzən məzənnə siyasətinə keçilsə, bu insanların həyat və şəraitinə də öz təsirini göstərəcək".
Tural Turan