“Gürcüstan və Ermənistan hakimiyyəti dövlət sərhədinin delimitasiyası prosesini sürətləndirmək barədə razılığa gəliblər”.
Rednews.az xəbər verir ki, bunu Ermənistanın baş naziri
Nikol Paşinyan İrakli Qaribaşvili ilə danışıqlardan sonra jurnalistlərə açıqlamasında deyib.
“Baş nazir Qaribaşvili ilə danışıqlar zamanı biz idarələrə Gürcüstan-Ermənistan sərhədinin delimitasiyasını başa çatdırmaq üçün təsirli addımlar atmaq barədə göstəriş vermək qərarına gəldik”, - Paşinyan bildirib.
Qeyd edək ki, Gürcüstanın quru sərhədinin ümumi uzunluğu 1839 km-dir ki, bunun da 224 km-i Ermənistanla sərhəddir.
Gürcüstan və Ermənistan SSRİ-nin dağılmasından sonra sərhədin delimitasiyası ilə məşğuldurlar.
Tural Turan