Gürcüstanın Baş naziri İrakli Qaribaşvili İsrailə qarşı silahlı hücumlarını sərt şəkildə tənqid edib.
Rednews.az xəbər verir ki, bu haqda Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu barədə o, Davosda Dünya İqtisadi Forumu çərçivəsində İsrail lideri İsaak Hersoqla görüşü zamanı bəhs edib.
“Baş nazir qeyd edib ki, Gürcüstan hökuməti İsrail dövlətinə və onun vətəndaşlarına qarşı həyata keçirilən terror aktlarını pisləyir”, - məlumatda qeyd olunub.