Gürcüstan prezidenti Salome Zurabişvili Ermənistanın Baş naziri Nikol Paşinyanın Gürcüstana səfəri barədə ona məlumat verilmədiyini bildirib.
Rednews.az xəbər verir ki, bu barədə prezident Salome Zurabişvili şəxsi Facebook səhifəsində yazıb.
“Gürcüstan prezidenti Ermənistan Respublikasının Baş nazirinin ölkəyə səfərini alqışlayır, lakin təəssüf edici haldır ki, prezidentə dost ölkələrin liderləri ilə görüşmək və lazımi şəkildə ev sahibliyi etmək imkanı verilmir.
Aidiyyatı qurumların ölkədə planlaşdırılan yüksək səviyyəli səfərlər, görüşlər və ya tədbirlər barədə prezidentə məlumat verməməsi də üzücü haldır”- Zurabişvili qeyd edib.
Sevinc Budaq