Rednews.az xəbər verir ki, 2 il öncə ABŞ-da insana geni dəyişdirilmiş donuz ürəyi köçürülüb. Cari ilin martın 16-da da geni dəyişdirilmiş donuz böyrəyinin insana transplantasiyası baş tutub.
Məlumata görə, ABŞ-ın Massaçusets ştatında ilk dəfə geni dəyişdirilmiş donuz böyrəyi insana köçürülüb. Orqan 62 yaşlı bir kişiyə köçürülüb. Heyvanın orqanı 69 genomik dəyişikliyə məruz qalıb. Transplantasiya əməliyyatı dörd saat çəkib.
2022-ci ildə “New York Times” yaydığı məlumatda isə donuz ürəyinin insana ilk uğurlu köçürülməsi əməliyyatı yanvarın 7-si Baltimorda həyata keçirilib və 8 saat davam edib. Bildirilib ki, həmin şəxs 57 yaşlı Devid Bennet adlı xəstədir. Onun həyat üçün təhlükəli ürək xəstəliyi olub və bu əməliyyat olmasa idi, onu çox güman ki, ölüm gözləyirdi.
Rübabə SAHİB