İbrahim Tatlısəslə oğlu Əhməd Tatlısəs arasındakı ədavət səngimək bilmir.
Rednews.az xəbər verir ki, bu dəfə Tatlısəsin oğlu atasının psixi vəziyyətinin yerində olmadığını iddia edib.
Əhməd Tatlısəs bunu sübuta yetirmək üçün atasının əqli səviyyəsi ilə bağlı hesabat hazırlatdırdığını da bəyan edib.
Xatırladaq ki, İbrahim Tatlısəs əvvəlcə oğlunun onu təhdid etdiyini iddia edərək şikayətçi olmuşdu. Bundan sonra o, yenə "Tatlıses" brendindən icazəsiz istifadə etdiyi üçün oğlunu məhkəməyə vermişdi.