Ötən gecə Kapital Bankın "Birbank" mobil tətbiqində problem yaşanıb. Rednews.az-a daxil olan məlumata görə, gecə saatlarında tətbiqə giriş mümkün olmayıb. Belə ki, həm mobil internet və telefon internet provayderlərindən giriş məhdudlaşmışdı.
Bununla bağlı Rednews.az saytı "Kapital Bank" ASC-nin mətbuat katibi Arzu Əliyevadan açıqlama alıb. Bank rəsmisi belə bir problemin olduğunu təkzib edib: “Ötən gecə hər şey qaydasında olub, bütün sistem həmişə olduğu kimi fəaliyyətini davam etdirib. Bankın aidiyyəti şöbəsi də hər hansı bir problemin olduğunu müşahidə etməyib”.
Ağa Dadaşzadə