Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2025-ci il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqlayıb.Bu barədə
Rednews.az qurumun aylıq hesabatına istinadən xəbər verir.
OPEC-in proqnozuna əsasən, ölkədə 2025-ci ildə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 10 min barel artacağı və təqribən 700 min barel səviyyəsində olacağı ehtimal olunur.