Fransa Müdafiə Nazirliyi bildirib ki, paytaxt Parisdə Fransa və ABŞ-nin rəhbərliyi ilə yaradılan, Ukrayna ordusuna qısa və uzunmüddətli dövrdə dəstək verməyi hədəfləyən “artilleriya koalisiyası” təşəbbüsünün açılışı olub.
Rednews.az-ın xəbərinə görə, ukraynalı həmkarı Rüstəm Umerovun videokonfrans vasitəsilə iştirak etdiyi açılışda çıxış edən Fransa müdafiə naziri Sebastien Lekornü bildirib ki, Fransanın dövlətə məxsus “Nexter” müdafiə şirkəti tərəfindən istehsal olunan taktiki təkərli vasitəyə quraşdırılmış “Caesar” artilleriya sistemlərindən 6-sı yaxın həftələrdə Ukraynaya göndəriləcək.
Lekornü qeyd edib ki, şirkət bu il Ukrayna üçün 72 artilleriya sistemi istehsal edəcək, onlardan 12-si Fransa tərəfindən maliyyələşdiriləcək.
(Ordu.az)