Ötən gün Türkiyənin Elazığ bölgəsində maraqlı hadisə yaşanıb. 3 nəfər xəstəxanaya şikayətlərlə müraciət ediblər. Lakin ilkin diaqnozu eşidən həkimlər çıxılmaz vəziyyətdə qalıblar.
Rednews.az xəbər verir ki, onları nə ilan vurub, nə də əqrəb... Xəstələr iddia ediblər ki, cinvurmaya məruz qalıblar. Beləliklə, cinvurma diaqnozu qısa vaxtda böyük rezonans doğurub.
3 nəfərin cinvurma diaqnozu ilə xəstəxanaya müraciət etməsi həkimlərlə yanaşı, sakinlər arasında da ajiotaja səbəb olub. Qısa müddət ərzində geniş söz-söhbətə səbəb olan bu olay hər kəsi çaşbaş salıb.
Vəziyyət o həddə çatıb ki, hadisə yerinə təcili tibbi yardım briqadaları və polis əməkdaşları cəlb olunub. Məsələyə aydınlıq gətirmək üçün alim və mollaya da müraciət edilib. Həkimlərin müdaxiləsindən sonra molla dua oxuyub, bundan sonra vətəndaşlar evlərinə buraxılıblar...