Çünki bu bitkini yeyən QOCALMIR...
Əsasən, Tovuzun dağlıq ərazilərində yetişən bu bitkini min bir dərdin dərmanı adlandırırlar. Sağlamlığının qeydinə qalanlar məhz bunun üçün üz tuturlar Tovuz bazarına... Çünki indi zülal deposu sayılan qulançarın bazara çıxan vaxtıdır.
Lakin zülalla zəngin olan bu bitki alıcılara baha başa gəlir. Təxminən 3 il bundan əvvəl bir dəstəsi 2-3 manata satılan qulançar indi 7 manata təklif olunur. Bu, Tovuz rayonu üzrə olan qiymətdir. Bakı bazarlarında isə onun qiyməti “tavana qalxıb”, bir kiloqramıbayramda 40 manata qədər... Buna görə də paytaxt sakinləri bayram tətillərində, fürsət düşdükcə rayonlara üz tutur, sevimli bitkilərini əldə edirlər.
Rednews.az xəbər verir ki, qulançar əsasən, yabanı halda qaratikan kolunun içində bitdiyi üçün yığılması olduqca çətindir. Kəndlilər sübh tezdən qulançarı yığıb təzə-təzə bazara çıxarırlar. Elə onu daha da qiymətli bitkiyə çevirən əsas amillərdən biri də məhz budur. Lakin son vaxtlar qulançarın bəzi növlərinin plantasiyaları salınır. Bu da onun yığımını asanlaşdırmağa və daha çox məhsul götürməyə xidmət edir.
Yabanı halda yetişən Qulançar niyə bahadır?Satıcı:
“Mart-aprel ayları bayrama düşdüyündən qulançara tələbat çox olur, biz də gətiricilərdən alırıq, üstünə cəmi 1 manat qoyuruq, özləri qiyməti qaldırırlar”.Satıcı:
“Məhsulun mövsümü bayramlarla üst-üstə düşdü, bundan istifadə edən gətiricilər də qiyməti xeyli qaldırdılar, biz onlardan alıb satırıq, qiymət artımı alverə də təsir göstərir. Bakıda qulançar çox bahadır, ona görə rayona gələnlər ala bilirlər, yerli alıcılar isə qiymətini soruşub yan keçirlər”.Satıcıların da dediyi kimi, qulançardan ötrü 450 km. qət edənlər məcburən bu qiymətə alsalar da, yerli alıcılar qulançardan imtina etməli olurlar.
Alıcı:
“Mən də qulançar almaq istədim, soruşdum 1 dəstəsini 7 manata dedilər, almadım, çünki digər alacaqlarım da var, gücüm çatmır...”Qiymət artımı tək qulançarda deyil, digər mövsümi bitkilərin də qiyməti “uçur”.
Alıcı:
“İndi yolotunun çıxan vaxtıdır, 1 kiloqramını 5 manata verirlər, keçən il bu vaxtı 2 manata almışdım. İndi ala bilmədim, neynəyək, gözləyirəm, nə vaxt ucuzlaşar, onda da alaram.”Qidalılıq və dərman əhəmiyyətinə görə, toplayarpaq Qulançar və ya Mərəçüyüd ən geniş istifadə olunan növdür. Onun kökümsovu, kökləri, çiçəkləri, giləmeyvəsi və toxumu bir çox xəstəliklərin böyrək, ürək, vərəm, və s. müalicəsində geniş istifadə edilir, qandayandırıcı, sidikqovucu xüsusiyyətlərə malikdir.
Qulançar qocalmanı önləyirHazırda dünyada yaşlanma ilə mübarizə gedir və məlum olur ki, qulançar həm də orqanizmin qocalmasının qarşısını alır. Karotinoidlər yeyinti, kosmetika və başqa sənaye sahələrində, yüksək bioloji fəallığa malik məhsulların hazırlamasında, onların saxlanma müddətinin artırılmasında, xarici görkəmlərinin yaxşılaşdırılmasında geniş istifadə edilir. Azərbaycan MEA Mərkəzi Nəbatat Bağında 1968-ci ildən başlayaraq Azərbaycan florasında yayılmış Qulançar və Mərəçüyüd növlərinin kolleksiyası toplanmışdır. 1975-ci ildən isə Qafqazda bitən Qulançar və Mərəçüyüdün növlərinin kolleksiyası Mərkəzi Nəbatat Bağının geofit bitkilər sahəsində toplanmışdır. Toplanmış növlərin tibdə, xalq təbabətində istifadə olunma qaydaları, becərilmə, çoxaldılma üsulları və istifadə olunma tədbirləri öyrənilmişdir.
Təbii bitkilərlə sağlam qalaqDövrümüzdə müxtəlif xəstəliklər baş alıb gedir, bəzən sağalmağın yolunu yalnız tibbdə görsək də, araşdırmalar zamanı məlum olur ki, həqiqətən də “Dərdi verən dərmanını da verir”. Vətənimizin daşında-qayasında bitən yabanı bitkilər belə, bu qədər qiymətlidir... Kimyəvi qatqılarda şəfa axtarmaqdansa, bizə bəxş olunan həm dadlı, həm də faydası saymaqla bitməyən təbii nemətləri qəbul etmək daha məqsədəuyğundur.
Sağalmaq, gəncləşmək, ağız təamımızı dəyişmək üçün....
Aymirə Ağamirova