ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində İsrail əleyhinə nümayiş keçirilib.
Nümayişçilər "Qızıl Qapı" körpüsünün hər iki tərəfini bağlayıblar. Kadrlardan göründüyü kimi, nümayişçilər əllərində "Qəzzanın mühasirəsini indi dayandırın!" və "Qəzza üçün dünyanı dayandırın" şüarları ilə çıxış ediblər.
Rednews.az-ın Amerika bürosundan San-Fransisko Fövqəladə Halların İdarə Edilməsi Departamentinə istinadən məlumat verilib ki, körpü hər iki istiqamətdə qeyri-müəyyən müddətə bağlanıb.