Kaliforniyada "Quş qripi" mutasiyaya uğrayaraq ştatda daha təhlükəli vəziyyət yaradıb. Bununla bağlı fövqəladə vəziyyət elan edilib.
Rednews.az xəbər verir ki, amerikalı fermerlər gözlənilməz problemlə üzləşiblər. Bu yaz Kaliforniyada süd istehsalında azalma qeydə alınıb. Məlum olub ki, buna səbəb, inəklərin H5N1 - "Quş qripi"nə yoluxması olub. Daha sonra oxşar hallar Texas, Nyu-Meksiko, Aydaho, Ohayo, Kanzas, Miçiqan və Şimali Karolinada aşkarlanıb.
Hakimiyyət cəld reaksiya verərək zərər çəkmiş bölgələrdən mal-qaranın idxalına məhdudiyyətlər qoyub. ABŞ Kənd Təsərrüfatı Departamenti fermerləri heyvanların hərəkətini minimuma endirməyə çağırır. Çünki
bu hal, görünməmiş haldır - quş qripi əvvəllər inəklərə təsir etməyib. 2021-ci ildən bəri virus səbəbindən yüz milyonlarla ev quşu tələf olub, 48-dən çox məməli növü (insanlar da daxil olmaqla) və saysız-hesabsız çöl quşları yoluxub.
Xoşbəxtlikdən, insanlarda qeydə alınan yeganə yoluxma halı Texas ṣtatında fermada işləyən bir işcidə qeydə alınıb ki, o da yüngül formada keçirir...
Bununla belə, elm adamları inəklər arasında yayılan virusun insanlara keçmə riskinin artırmasından narahatdırlar.
Belə vəziyyətə laqeyd yanaşmaq narahatlıq doğurur.
Qeyd edək ki, Birləşmiş Ştatlarda vəhşi təbiətə, kənd təsərrüfatına və ictimai sağlamlığa təsir edən xəstəliklərin monitorinqinə cavabdeh olan vahid orqan yoxdur.
Xüsusi müxbir Tofiq Ağayev.