Rednews.az xarici saytlara istinadən xəbər verir ki, Çexiyanın paytaxtı Praqada Ukraynalı qaçqınlara qarşı etirazlar getdikcə daha da artır.
Bir neçə ildir Rusiya-Ukrayna müharibəsi səbəbindən qaçqın düşən Ukrayna vətəndaşları Avropanın müxtəlif ölkələrinə köç edib.
Onların xüsusilə toplum şəkildə kompakt şəhərlərə üz tutması əvvəldən birmənalı qarşılanmırdı. Çünki onların davranış qaydaları, şəhərin milli dəyərlərinə qarşı etinasızlıqları günü-gündən artır, bu da yerli sakinlərin narahatlığına səbəb olur. Ötən ay isə Praqada Ukraynalı qaçqınlara qarşı etirazlar geniş vüsət aldı. Artıq növbəti həftələrdən etirazların daha da böyüməyi planlaşdırılır. Paytaxt sakinlərinin əsas tələbi davranış qaydalarına riayət etməyən qaçqınların ölkədən çıxarılmasıdır.