İsrail İranın hücumundan sonra Yaxın Şərqdə təmkin nümayiş etdirmək və münaqişənin alovlanmasından qaçmaq üçün müttəfiqlərinin təzyiqi ilə üzləşib.
Rednews.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu müharibə üçün heyət toplayıb və qisas alınmasının qaçılmaz olduğunu bəyan edib. O qeyd edib ki, İsrail tərəfi təkbaşına hərəkət etməyəcək.
Bununla belə, ABŞ prezidenti Co Bayden nazirə ölkəsinin İsrailin İrana qarşı heç bir əks-hücumunda iştirak etməyəcəyini bildirib. Qərb dövlətlərinin digər nümayəndələri də təmkinli olmağa çağırıblar.
Aİ-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell öz mövqeyini ifadə edib: "Biz uçurumun kənarındayıq və biz oradan uzaqlaşmalıyıq".
Oxşar çağırışları Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz, Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron və NATO-nun baş katibi Antonio Quterreş edib.
Aprelin 1-də İsrail Hərbi Hava Qüvvələri İranın Suriyadakı səfirliyinin yanındakı binaya zərbələr endirib. Hava hücumu nəticəsində İran konsulluğunun binası tamamilə dağıdılıb, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bölməsinin komandirləri, generallar Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Hacı Rəhimi də yaralanıb. İran prezidenti İbrahim Rəisi İsrailə tezliklə cavab verəcəyini vəd edib.
Aprelin 14-nə keçən gecə İran raket və pilotsuz təyyarələrlə İsrailə hücum edib. Təl-Əviv hava hücumundan müdafiə sistemlərinin ölkə hüdudlarından kənarda raket və dronların 99 faizini vurduğunu bildirsə də, İran tərəfi hücumun hədəflərinin məhv edildiyini iddia edir.
Ağa Dadaşzadə