Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-nin Nyu-York şəhərində avstriyalı həmkarı Aleksandr Şallenberq ilə görüş keçirib.
Rednews.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin "X" səhifəsindəki paylaşımında qeyd edilib.
Görüş BMT Təhlükəsizlik Şurasının Fələstinlə bağlı iclasından əvvəl gerçəkləşib.
Qeyd edək ki, BMT-nin Təhlükəsizlik Şurası Qəzzadakı hadisələri müzakirə etmək bir araya gələcək.
Bunun üçün bir çox ölkənin xarici işlər nazirlərinin iştirakı ilə yüksək səviyyəli iclas baş tutacaq.
Turan