İranın Gülüstan əyalətinin (Türkmənsəhra) Günbəd Kavus şəhərində yaşayan tanınmış türkmən fəal Tahir Sarlı həbs edilib.
Rednews.az xəbər verir ki, bu barədə türkmən fəallar məlumat yayıb.
Bildirilib ki, Günbəd Kavus şəhərinin Ümumi və İnqilab Prokurorluğuna çağırılan Tahir Sarlı oradan həbsxanaya aparılıb.
O, bundan əvvəl “ictimai rəyi çaşdırmaq” və “ölkənin təhlükəsizliyinə qarşı fəaliyyət” ittihamlarına görə prokurorluğa çağırılmışdı.
Qeyd edək ki, Tahir Sarlı İranda yaşayan türkmənlərin dili, ədəbiyyatı və mədəniyyəti ilə bağlı dinc fəaliyyətlərinə görə məşhurdur.
Ahu