İstanbul-Batumi reysi hava limanına bomba qoyulması xəbərinə görə gecikib.[/b]
Rednews.az xəbər verir ki, bu barədə "Batumelebi" nəşri yazıb.
Bildirilir ki, bomba xəbəri Batumi Beynəlxalq Hava Limanında verilib.
Yerli vaxtla saat 17:00 radələrində xəbər alındıqdan dərhal sonra həyəcan siqnalı verilib, sərnişinlər və işçilər hava limanını tərk ediblər.
Əraziyə istehkamçılar və itlər cəlb edilib, heç bir partlayıcı qurğu tapılmayıb.