Gürcüstanın Batumi şəhərində “Grand Mall”, “Metro City” və “Plaza” ticarət mərkəzlərindən vətəndaşlar təcili təxliyə olunub.
Rednews.az xəbər verir ki, bu barədə "İmereti" məlumat yayıb.
Məlumata görə, ticarət mərkəzlərindən birində bomba qoyulması ilə bağlı anonim zəng gəlib.
Bundan sonra yerli polis dərhal hərəkətə keçib.
Vətəndaşların sözlərinə görə, onlara binaları tərk etmə səbəbi deyilməyib.
Onlar əraziyə bomba mütəxəssislərinin cəlb olunduğunu da vurğulayıblar.
Elçin